COP29

“Hər zamankı kimi edəcəm, 5 dəqiqə əvvəl düşünməyə başlayacam” - 1 oyunluq məşqçi olacaq

17 Avqust 15:40 Almaniya 557
“Hər zamankı kimi edəcəm, 5 dəqiqə əvvəl düşünməyə başlayacam” - 1 oyunluq məşqçi olacaq

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Borussiya”nın keçmiş futbolçuları Lukaş Pişçek və Yakub Blaşikovskinin vida matçında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Dortmund “Borussiya”sının mətbuat xidməti məlumat yayıb.

Klopp oyundan əvvəl hər zamankı kimi edəcəyini bildirib:

“Hər zamankı kimi edəcəm: başlamazdan beş dəqiqə əvvəl oyun haqqında düşünməyə başlayacam”.

Pişçek və Blaşikovskinin komandaları sentyabrın 7-də üz-üzə gələcək. Oyun “Borussiya”nın doğma stadionu “Siqnal İduna Park”da keçiriləcək. Klopp komandalardan birinə rəhbərlik edəcək.

Klopp 2015-ci ildən rəhbərlik etdiyi “Liverpul”dan bu yay ayrılıb. O, 2008-2015-ci illərdə “Borussiya”nı çalışdırıb. Pişçek və Blaşikovski onun rəhbərliyi altında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…