COP29

Premyer Liqa klubu ilə müqavilə bağlamaq üçün yola çıxdı

12 Avqust 18:20 Almaniya 519
Premyer Liqa klubu ilə müqavilə bağlamaq üçün yola çıxdı

“Bayern”in müdafiəçisi Matteys de Liqt yeni komandaya keçməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı Mançesterə uçuş üçün Münhen hava limanına gəlişinin videosunu paylaşıb.

25 yaşlı müdafiəçi “Mançester Yunayted”ə – “Ayaks”da birlikdə çalışdığı keçmiş baş məşqçisi Erik ten Haqın yanına gedir. İngilislər bu transfer üçün 55 milyon avro+10 milyon bonus ödəyəcək.

De Liqtlə birgə, sağ cinah müdafiəçisi Nussair Mazraui də “Bayern”in 10 milyon avro+5 milyon bonusa satmağa razı olduğu “Mançester Yunayted”ə getməlidir.

Mərakeşli futbolçu da “Ayaks”da Erik ten Haqla birgə çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…