COP29

"Nürnberq" rəsmiləri Mahirin transferini necə dəyərləndirdi?

10 Avqust 13:40 Almaniya 633
"Nürnberq" rəsmiləri Mahirin transferini necə dəyərləndirdi?

“Nürnberq” in rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib.

Sportinfo.az II Bundesliqa klubun rəsmi saytına istinadən xəbər verir ki, idman direktorları hazırda zədəli olan 27 yaşlı hücumçuya lazımi dəstək göstəriləcəyini bildiriblər.

Yoti Çatzialexu: “Biz şüurlu şəkildə bu transferə qərar verdik, çünki Mahirin keyfiyyətinə əminik. O, təcrübəli hücumçudur və məqsədin nə olduğunu bildiyini nümayiş etdirir. “Nürnberq” olaraq bu kateqoriyadan bir oyunçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır. Mahirlə görüşməyi səbirsizliklə gözləyirik və sağalması üçün mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik”.

Olaf Rebbe: “Mahir hücumçunun ehtiyac duyduğu bir çox komponentləri özündə birləşdirir. O, yaxşı ölçülərə malikdir, texniki cəhətdən keyfiyyətlidir, həmçinin güclü bitiricilik bacarıqlarına malikdir. İndi bizim işimiz onu mümkün qədər tez komandaya və oyunumuza inteqrasiya etməkdir”.

M.Emreli yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…