COP29

"Daha iki il müqaviləm var və mən heç bir təzyiq hiss etmirəm"

3 Avqust 22:00 Almaniya 550
"Daha iki il müqaviləm var və mən heç bir təzyiq hiss etmirəm"

“Bayern”in yarımmüdafiəçisi Serj Qnabri yayılan söz-söhbətlərə cavab verib.

Sportinfo.az “Süddeutsche Zeitung”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu hələ də klubla qüvvədə olan müqaviləsinin olduğunu bildirib:

“İnsanların belə danışması dəlilikdir. Hələ də qüvvədə olan müqaviləm var və ən yüksək səviyyədə futbol oynayıram.

Formaya düşüb, məndən gözlənilən kimi çıxış etmək istəyirəm. Daha iki il müqaviləm var və mən heç bir təzyiq hiss etmirəm”.

“Bayern”in almaniyalı futbolçudan yaxa qurtarmaq istədiyi bildirilirdi.

Qnabrinin 29 yaşı var. O, ümumilikdə “Bayern”in heyətində 238 oyun keçirib, 86 qol vurub və 53 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…