Alvaro Moratanı "Milan"a satan "Atletiko" heyətini yeni hücumçu ilə gücləndirəcək.
Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi "Borussiya"da çıxış edən Niklas Füllkruqu transfer etmək istəyir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Almaniya klubu 31 yaşlı forvard üçün 30 milyon avro tələb edir. "Atletiko" bu məbləği ödəməyə hazırdır.
"Borussiya" Niklas Füllkruqu 2023-cü ilin yayında "Verder"dən transfer edib.
Almaniya millisinin üzvü Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 16 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.