COP29

Məhkəmə sevgilisini döyən dünya çempionu ilə bağlı nə hökm çıxardı?

21 İyul 12:45 Almaniya 830
Məhkəmə sevgilisini döyən dünya çempionu ilə bağlı nə hökm çıxardı?

Almaniya yığmasının və “Bavariya”nın sabiq müdafiəçisi Jerome Boatenq keçmiş sevgilisi və iki qızının anası Şerin Zenlerə bədən xəsarəti yetirdiyinə görə cəzalandırılıb.

Spotinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Mənbənin sözlərinə görə, şərti cərimənin ümumi məbləği 200.000 avro təşkil edir, əgər 2014-cü ilin dünya çempionu başqa bir qanun pozuntusuna yol verərsə, cəza reallaşacaq.

Bundan əlavə, məhkəmə Almaniya millisinin keçmiş müdafiəçisinə xeyriyyə təşkilatlarına ümumilikdə 100 min avro köçürməyi tapşırıb.

2021-ci ildə Münhen məhkəməsi ilk dəfə olaraq Boatenqin 1,6 milyon avro cərimə ödəməsi barədə qərar çıxarmışdı.

Digər Xəbərlər
Xəbər Lenti