"Nürnberq"in idman direktoru Yoti Hatzialeksiou Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqda danışıb.
Sportinfo.az xəbər verir ki, “Bild”ə danışan II Bundesliqa klubunun rəsmisi Zaqreb “Dinamo“sundan ayrılan hücumçunun mümkün transferini dəyərləndirib:
"Mahir həmin mövqe üçün bizə lazım olan mentalitetə sahibdir. O, yaxşı qol vurmaq qabiliyyətinə malikdir və topla da çox yaxşıdır.
Onunla söhbətimizdən çox müsbət şeylər aldıq".