COP29

Mahir Emreli bu klubun bazasına getdi, müqavilə bağlamadan geri qayıtdı

17 İyul 17:20 Almaniya 5 949
Mahir Emreli bu klubun bazasına getdi, müqavilə bağlamadan geri qayıtdı

Almaniya ikinci bundesliqa təmsilçisi "Nürnberq" (baş məşqçi Miroslav Kloze) Azərbaycan millisinin və Zaqreb "Dinamo"sunun hücumçusu Mahir Emreli ilə danışıqlar apardığını təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun idman direktoru Joti Hatsialeksiu "Bild" nəşrinə açıqlamasında deyib.

"Mahir axtarışda olduğumuz mövqe üçün mentalitetə sahib futbolçudur. O, yaxşı qol vurma qabiliyyətinə malikdir və topla çox yaxşı rəftar edir. Onunla söhbətlərdən müsbət şeylər əldə etdik” - deyə klub rəsmisi bildirib.

Qəzetin yazdığına görə, M.Emreli bazar ertəsi günü Nürnberqdə komandanın düşərgəsində olub. Amma o, sonradan müqavilə bağlamadan geri qayıdıb.

Qəzet yazır ki, "Nürnberq" yekun qərar verməzdən əvvəl M.Emreli ilə əlavə müzakirələr və araşdırmalar aparmaq fikrindədir.

M.Emrelinin tezliklə hazırkı klubu "Dinamo"nu tərk edəcəyi gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?