22 yaşlı Maykl Olise "Kristal Pelas"dan "Bavariya"ya keçib.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı Münhen klubunun rəsmi saytı yayıb.
Tərəflər arasında müqavilə 2029-cu ilin yayına qədər bağlanıb.
Mətbuatda yer alan xəbərlərə görə, "Bavariya" Olisenin keçidi üçün qarşı tərəfə 53 milyon avro ödəyəcək.
Daha 5,9 milyonun isə bonuslar şəklində verilməsi nəzərdə tutulub.
Son mövsüm İngiltərə Premyer Liqasında 19 oyun keçirən fransalı futbolçu 10 qol və 6 məhsuldar ötürməylə yadda qalıb.