COP29

”Sənin üçün darıxacağıq” - Məşhurun xanımı yazdı

7 İyul 17:20 Almaniya 355
”Sənin üçün darıxacağıq” - Məşhurun xanımı yazdı

Almaniyalı yarımmüdafiəçi Toni Kroosun həyat yoldaşı Jessika Kroos sosial şəbəkədə onun futboldan ayrılması ilə bağlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, xanım Kroos, həyat yoldaşının nəhayət, onlara vaxt ayıracağına görə sevindiyini bildirib:

“Mən səninlə çox fəxr edirəm, sən bizim qəhrəmanımızsan. Məni bu səyahətə apardığın üçün təşəkkür edirəm.

Nəhayət, bizimlə olacağına görə şadıq, amma meydanda sənin oyunun üçün də darıxacağıq.

Hər şey üçün təşəkkür edirəm. Səni çox sevirik!”

Kroosun peşəkar karyerasında son matçı AÇ-2024-ün 1/4 finalında İspaniya komandası ilə qarşılaşma olub.

Almaniya millisi əlavə vaxtda 1:2 hesabı ilə məğlub olaraq, ev sahibi olduğu turnirdən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu