Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı “Der Spiegel” jurnalı yayıb.
Bildirilir ki, buna səbəb AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında türkiyəli futbolçu Merih Demiralın “bozqurd” işarəsi göstərməsi olub.
Məlumata görə, səfir sözügedən məsələnin müzakirə edilməsi üçün nazirliyə çağırılıb.