COP29

“Daha çox düşünmək üçün bir neçə günə ehtiyacım olacaq" Milli ilə vidalaşır?

6 İyul 18:40 Almaniya 1 408
“Daha çox düşünmək üçün bir neçə günə ehtiyacım olacaq" Milli ilə vidalaşır?

“Barselona”nın və Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Avropa çempionatından kənarlaşdırıldıqdan sonra yığmadakı karyerasını bitirə biləcəyini istisna etməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bir neçə gün düşündükdən sonra qərar verəcəyini bildirib:

“Daha çox düşünmək üçün bir neçə günə ehtiyacım olacaq. Sonra qərar verəcəm”.

33 yaşlı futbolçu Almaniya millisində 82 oyun keçirib və 19 qola imza atıb. O, 2011-ci ildən millinin şərəfini qoruyur.

Almaniya millisi Avropa çempionatının 1/4 finalında İspaniya yığmasına uduzaraq (1:2), turnirdəki çıxışını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti