“Bayern” yarımmüdafiəçisi Aleksandr Pavloviçlə müqavilə müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, Münhen klubu rəsmi saytında futbolçunun fikirlərini paylaşıb:
“Çox şadam ki, “Bayern”lə müqaviləm 2029-cu ilə qədər uzadıldı. Bu onu göstərir ki, klub mənə güvənir və mən bu güvənin qarşılığını ödəməyə can atıram. “Bayern” mənim evimdir”.
Futbolçu əlavə edib ki, “Bayern”lə irəliləməkdə və kuboklar qazanmaqda davam etmək istəyir.
20 yaşlı Pavloviç ötən mövsüm “Bayern”də debüt edib. O, ümumilikdə əsas komandanın heyətində 22 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.