“Real”ın ikinci komandasının baş məşqçisi Raul Qonsales “Union”un (Berlin) sükanı arxasına keçə bilər.
Sportinfo.az xəbər verir ki, Almaniya klubu yeni baş məşqçinin adını noyabrın 26-da açıqlamalıdır.
46 yaşlı ispaniyalı mütəxəssis 2019-cu ildən “Real”ın ikinci komandası olan “Kastilya”ya rəhbərlik edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.