COP29

Almaniya klubunun idman direktoru Mahirin şəninə "tost" dedi

7 Avqust 01:40 Almaniya 767
Almaniya klubunun idman direktoru Mahirin şəninə "tost" dedi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyada "Nürnberq" ilə 1+1 illik müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, II Bundesliqa təmsilçisinin idman direktoru Yoti Çatzialexu 27 yaşçlı forvard haqda xoş sözlər deyib.

Klub rəsmisi Mahirin təcrübəli futbolçu olduğunu bildirib:

"Mahir Emrelinin keyfiyyətinə əminik. O, beynəlxalq səviyyədə təcrübəli hücumçudur.

"Nürnberq" olaraq bu kateqoriyadan bir futbolçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır.

Biz Mahirlə görüşməyi səbirsizliklə gözləyirik və sağalma prosesində ona mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…