COP29

“Hamı mənə nifrət edirdi, satqın deyirdilər” - ŞOK ETİRAF!

21 Noyabr 2024 10:20 Almaniya 1 396
“Hamı mənə nifrət edirdi, satqın deyirdilər” - ŞOK ETİRAF!

“Ayntraxt”ın futbolçusu Mario Götze Dortmund “Borussiya”sından “Bavariya”ya keçidi haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə deyib:

“Uşaqlıqda mən peşəkar futbolçu olmaq haqda düşünmürdüm. Sadəcə, bu oyunu sevirdim, başqa heç nə barədə düşünmürdüm.

Sonra 18 yaşımda öz doğma şəhərim Dortmund klubu ilə Bundesliqanın qalibi oldum. Hamı məni sevirdi. Sonra daha böyük klub - “Bavariya”ya keçəndə isə hamı mənə nifrət edirdi.

Onlar mənə satqın deyirdilər. Amma mən bütün həyatımı Dortmunda keçirdiyimə görə yeni səyahət axtarırdım, ətrafımı dəyişmək istəyirdim”.

Mario Götze 2013-cü ildə “Borussiya”dan “Bavariya”ya keçib

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 02:50 "Neftçi"də buna nail oldu
28 Yanvar 00:40 Qurban Qurbanov gedir?