Ukraynalı səyyah Vlad Kibol Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərinin sürətinə heyran qalıb.
O, bu barədə “report”a bildirib.
“Mən artıq bir neçə dəfə Azərbaycanda olmuşam və ölkənizin ərazi bütövlüyünü bərpa etməsinə çox sevinmişəm”, - o deyib.
Səyyah qeyd edib ki, Şuşa şəhərinə səfər etməzdən əvvəl o, Füzulidə olub və tikinti işlərinin sürətinə heyran qalıb.
“Ümid edirəm ki, Füzulidə tikilmiş hava limanına təkcə Azərbaycandan deyil, Türkiyə, Avropa ölkələri və digər ölkələrdən də turistlər gələcək”, - deyə V.Kibol bildirib.
Şuşa haqqında danışan səyyah şəhərin təbiətinin gözəlliyinə və memarlığına heyran qaldığını söyləyib.
“Burada çox gözəl dağlar, məscidlər, zəngin tarix var”, – o vurğulayıb.