Almaniya Bundesliqasının 16-cı turunda “Borussiya Dortmund” – “Bayer Leverkuzen” komandaları qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, “Bayer” səfərdə 2:3 hesabı ilə qalib gəlib.
Oyunda hesabı 26-cı saniyədə Leverkuzen təmsilçisinin yarımmüdafiəçisi Natan Tella hesabı açıb. Səkkizinci dəqiqədə Patrik Şik komandasını hesabda irəli çıxarıb.
Dörd dəqiqə sonra “Borussiya”nın hücumçusu Ceymi qonaqların qapısına yol tapsa da, 19-cu dəqiqədə Şik dubla imza ataraq komandasının 3-cü qolunu vurub.
78-ci dəqiqədə isə “Borussiya”nın hücumçusu Serhou penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, “Bayer” 2024/2025 mövsümündə Almaniya çempionatının turnir cədvəlində ikincidir. Komanda 16 matçda 35 xal toplayıb.
“Borussiya” 25 xalla altıncı yerdədir. Bundesliqanın turnir cədvəlinə 36 xalla “Bavariya” başçılıq edir.
Matçın qısa icmalını təqdim edirik: