Nuri Şahin Dortmund “Borussiya”sının baş məşqçisi təyin olunub.
Sportinfo.az xəbər verir ki, onunla 3 illik müqavilə imzalanıb.
Mütəxəssis istefaya göndərilən Edin Terziçi əvəzləyib.
N.Şahin daha əvvəl Terziçin köməkçisi idi.
35 yaşlı mütəxəssis 2021-ci ilin oktyabrından 2023-cü ilin 31 dekabrına kimi “Antalyaspor”u çalışdırıb.
N.Şahin futbolçu karyerası ərzində Dortmund təmsilçisi ilə 274 oyuna çıxıb.