”Bayern”in müdafiəçisi Erik Dayer cari mövsümün sonunda klubu tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi çətin ki, 30 yaşlı ingilis futbolçuya yeni müqavilə təklif etsin.
Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq. Dayer Almaniya Bundesliqasının bu mövsümündə 4 matçda çıxış edib və qol vurmayıb.
“Bayern” Almaniya çempionatının 10 turundan sonra 26 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.