
Qətərin paytaxtı Dohada keçirilən ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku davam edir.
Sportinfo.az xəbər verir ki, yayda Tokioda keçiriləcək 21-ci olimpiya oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan yığmasının daha bir üzvü körpücük üzərinə çıxıb.
Ancaq millimizin qadın lideri Boyanka Kostovadan fərqli, 96 kq çəki dərəcəsində körpücük üzərinə çıxan Nailxan Nəbiyev ümidləri doğrultmayıb. İdmançımız ümumi 330 kq (145+185) nəticə ilə yalnız 9-cu yeri tuta bilib.
Bolqar legionerimiz Kostova (59 kq) 2 gün əvvəl bütün rəqiblərini qabaqlayaraq çempion adını qazanmışdı.