
Sportinfo.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev növbəti nailiyyətə imza atıb.
Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
İyirmi iki yaşlı idmançı 3 təkanla 17,03 metr uzununa tullanıb. Qızıl medalı 17,37 metr nəticə ilə türkiyəli Necati Ər əldə edib. Bürünc medala 16,95 metr göstərici ilə italiyalı Andrea Dallavalle yiyələnib.
Nazim Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərindəki XXX Yay Universiadasında, martın 4-də isə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.