Azərbaycan gimnastı Universiadada gümüş medal qazandı

13 İyul 2019 00:00 Ağır atletika 797
Azərbaycan gimnastı Universiadada gümüş medal qazandı

İtaliyanın Napoli şəhərindəki XXX Yay Universiadasında Azərbaycan daha bir medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bədii gimnastikanın fərdi yarışlarında Zöhrə Ağamirova çövnövçülük proqramında gümüş medala sahib olub.

4 hərəkətin cəmində 75,425 xal toplayan Ağamirova 32 iştirakçı arasında 2-ci yeri tutub.

Qızıl medala 83,600 xalla rusiyalı Yekaterina Seleznyova, bürünc medala isə 72,600 xalla ABŞ təmsilçisi Laura Yihan Zenq layiq görülüb.

Hazırda Azərbaycan 2 qızıl, 2 gümüş, 2 bürünc medalla 17-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!