Yeni mövsümün favoritlərindən sayılmayan «Lerik» Lənkəran Olimpiya Kompleksində «Füzuli»ni qəbul edib.
Mövsümlərarası fasilədə bir çox aparıcı futbolçularını itirmiş komandaların dueli açıq mübarizə şəraitində keçib. Hər iki tərəf qapılar önündə xeyli qol epizodu yaradıb.
Çimərlik futbolu üzrə yığmamızın hücumçusu Sabir Allahquliyev belə, əlinə düşən imkanları qaçırıb.
Lənkəranlı azarkeşlərin diqqətindən kənarda qalan qarşılaşmada bütün cəhdlərə rəğmən, cəmi 1 qol vurub.
Fasilədən sonra meydana daxil olmuş Murad Əliyev «Lerik»ə 3 xal qazandırıb. O, yaxın məsafədən boş qapını dəqiq nişan alıb.
SPORTİNFO.AZ
Lənkəran OİK stadionu. 70 tamaşaçı Baş hakim: Murad Səlimov Baş hakimin köməkçiləri: Zakir Şükürzadə, Mirnihad Seyidov Dördüncü hakim: Nazim Abdullayev Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elçin Mehtiyev Sarı vərəqə: yoxdur Qol: Murad Əliyev, 84 Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.