COP29

Bu oyuna bax, həm gül, həm də ağla! - VİDEO

17 Sentyabr 17:40 II Divizion 1 055
Bu oyuna bax, həm gül, həm də ağla! - VİDEO

II Liqada üçüncü tura start verilib.

«Qusar» Sumqayıtda «Dinamo»nu qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Kamran Əlibabayevin çalışdırdığı ev sahibləri hesabı erkən açmağa bir neçə dəfə yaxın olub.

12-ci dəqiqədə «polislər» azlıqda qalıb. Qapıçı Elmin Qaçaylı rəqib hücumçunu cərimə meydançasından kənarda yerə yıxınca, referi Rövşən Rəcəbov ona qırmızı vərəqə göstərib.

Ərazi və say üstünlüyü əldə edən qusarlılar həmlələrinin sayını bir qədər də artırıb. İlk qol isə fasilədən 1 dəqiqə sonra vurulub.

«Qusar»ı əks-hücumda yaxalayan «dinamoçular» Füzuli Dəmirovlav toru silkələyib. 12 dəqiqə sonra isə Əli Məmmədli Valeh Seyidovun ötürməsini gözəl zərbəyl tamamlayıb.

Bir qədər keçmiş «qırmızılar»ın müdafiəçisi Faik Ağakərimov cərimə meydançası daxilində Seyidovu kobudluqla dayandırıb.

Bu, aşkar penalti idi. Gəl ki, baş hakim R.Rəcəbov qayda pozuntusuna göz yumub və «Dinamo»nun haqqına girib.

Son yarım saat, ümumiyyətlə, gərgin keçib. Qapılar önündə təhlükəli epizodlar muncuğa düzülüb. Tərəflər inanılmaz fürsətləri boşa verib.

Bir metrdən «çərçivə»yə düşməyən futbolçulardan danışırıq. Görüntülər baxarkən bilmirsən ağlayasan, yoxsa güləsən.

SPORTİNFO.AZ

“Kapital Bank Arena” (ehtiyat meydança). 50 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Nurlan Əhmədzadə
Dördüncü hakim: Nazim Abdullayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Osman Soltanov, 32 (qeyri-idman hərəkəti); Viqar Əlibabayev, 77 (qeyri-idman hərəkəti); Manaf Bədəlov, 89 (qeyri-idman hərəkəti) // Ramal Əhmədov, 56 (qeyri-idman hərəkəti); Valeh Seyidov, 72 (qeyri-idman hərəkəti); Əli Məmmədli, 76 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elmin Qaçaylı, 12 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Qollar: Fizuli Dəmirov, 46; Əli Məmmədli, 58
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.

“Qusar”

22. İmran Məhərrəmov
15. Firudin Ağalarov
37. Faik Ağakərimov
38. Tərlan Salmanov
(16. Denis İsmixanov, 80)
10. Osman Osmanov
(99. Manaf Bədəlov, 78)
13. Viqar Əlibabayev (k)
17. Elnur Dəmirli
7. Kazbək Qafarov
6. Osman Soltanov
(9. Kamal Həsən-pur, 63)
8. Əsgər Hümbətov
(30. Ruslan Kiçibəyov, 78)
3. Murad Hüseynov
Ehtiyat oyunçular:
2. Elgün Süleymanov
Baş məşqçi: Emin Əmiraslanov

“Dinamo”

12. Elmin Qaçaylı
6. Ramal Əhmədov
3. Nicat Əskərov
20. Valeh Seyidov (k)
14. Əlisa İsayev
(7. Əkbər Səfərzadə, 67)
10. Ziya Məmmədli
18. Aydın İsxanzadə
17. Fizuli Dəmirov
(22. Fərid Quliyev, 80)
44. Əli Məmmədli
2. Nihad Mahmudzadə
(19. Əlibala Ağayev, 67)
88. Aqil Hüseynzadə
(1. İbrahim Bağırov, 15)
Ehtiyat oyunçular:
24. Elvin Məmmədov
15. Tərlan Veysəlli
99. Kənan Əlizadə
5. Cavid Məmmədov
4. Qürbət Əhmədov
8. Uğur Sayıllı
Baş məşqçi: İsmayıl Vəkiliqazicahani

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM