COP29

AFFA və PFL-in 14-cü klub qərarı böyük hiddət doğurdu: "Bu, necə ədalətdir?"

21 İyul 15:15 II Divizion 4 758
AFFA və PFL-in 14-cü klub qərarı böyük hiddət doğurdu: "Bu, necə ədalətdir?"

Azərbaycanın II Liqasında çıxış edəcək 14-cü komandanın adına bugünlərdə aydınlıq gəlib.

Bu, "Şəfa" olacaq.

Bununla bağlı AFFA və PFL arasında aparılan müzakirələr artıq yekunlaşıb.

"Şəfa" yeni mövsümdən II Liqada çıxış etmək uğrunda pley-off mərhələsində "Hypers"ə məğlub olmuşdu.

Buna baxmayaraq, komandanın bir neçə gün əvvəl Azərbaycan çempionatlarından kənarlaşdırılan "İrəvan"ın əvəzinə II Liqada oynamasına qərar verilib.

AFFA və PFL-in birgə qərarı, gözlənildiyi kimi, birmənalı qarşılanmayıb.

Region Liqasının bir neçə təmsilçisi aiddiyatlı qurumların onlara münasibətdə ədalətsiz davrandığı fikrindədir. Onlar öz narazılıqlarını saytımızın sosial şəbəkə hesabında bildiriblər.

Şahin Kərimov («Ağstafa Gəncləri»):

«Biz «Ağstafa Gəncləri» olaraq iki ildir calışırıq ki, II Liqaya düşək. Heç fikir verən də yoxdur. Necə olur, «Şəfa» kecid oyununu uduzur, amma yenə də II Liqada qalır? Bu, necə ədalətdir, bilinmir. Bəs idman prinsipi kimin ücün qorunur? Klubun meydancası belə yoxdur. Bizim hec olmasa, futbol ücün nəyimizsə var. Bəlkə kimsə bizə bir köməklik edə ki, necə eləyək, futbolu bölgəmizdə inkişaf etdirək. Uşaq futbolu bizdə. Ağstafalı gənclər, demək olar ki, hər yerdə futbol oynayır. Niyə klub kimi bizə etimad göstərilmir? Aptekdən hansı dərmanı alaq, bəlkə siz deyəsiz?!
Mən çıxış yolunu tapmışam, intahası ona da ümid yoxdur. Belə gedişlə futbola olan ümidlərimiz artıq ölüb, bunun ümidi ilə hələlik yaşayaq. Sərhədlər acılsa, gedib Gürcüstan birinciliyində iştirak edəcəyik».

«Göyəzən»:

«Bu qərara etiraz edirik. Sponsorumuz var, stadionumuz var. Region Liqasını ilk «dördlük»də bitirdik. İkinci Liqada iştirak üçün ərizə verdik, sadəcə olaraq, qərb komandalarını orada görmək istəmirlər»

Qəzənfər Məmmədov («Qala-Goranboy»):

«Necə olur ki, UEFA-nı Amerikadakı turnirdə təmsil etmək üçün göndərilən hakimi AFFA Hakimlər Komitəsinin üzvləri «təcrübəsizsən» deyib, FİFA-ya göndərmir? Hələ bir soyunub-geyinmə otağına girib, «səni çağırmışıq ki, bir neçə nəfərin içində öz seçimimizi edək» deyirlər. Belə bir ədalətsiz yerdə siz necə ədalət gözləyirsiz?».

SPORTİNFO.AZ

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?