COP29

"Yeni mövsümdə daha iddialı olacağıq" -  İDDİALI AÇIQLAMA

17 İyul 15:00 II Divizion 1 617
"Yeni mövsümdə daha iddialı olacağıq" -  İDDİALI AÇIQLAMA

«Yeni mövsümdə daha iddialı olacağıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Karvan»ın baş məşqçisi Kənan Kərimov deyib.

Yevlax təmsilçisinin çalışdırdıcısı ötən sezonla müqayisədə düşərgədə köklü islahatların aparıldığını bildirib:

«Heyətin 70-80 faizini dəyişmişik. Legionerdən cəmi ikisini saxlamışıq.

Yerlilərin də bir çoxunu yola salmışıq. Təzə gələnlər var. Hazırlığa da onlarla başlamışıq.

Ötən mövsümü beşinci yerdə bitirdik. Bu dəfə fərqli olacaq. Gələn çempionata daha iddialı başlayacağıq.

Çempionluq uğrunda mübarizəyə qoşulacağıq. Məqsədimizə çatmaqdan ötrü son tura qədər vuruşacağıq.

Heyəti gücləndirməkdə yeganə hədəfimiz budur. Klubumuzun prezidenti Şahmar Vəliyevdən çox razıyıq.

Sağ olsun, bizə hər cür köməklik göstərir. Hər problemimizlə maraqlanır, əlindən gələn edir. Onun dəstəyi ilə «Karvan»ı irəli aparmaq istəyirik».

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?