Azərbaycanda klub prezidenti və yaxınları AFFA-nın “radar”ına düşdü

4 Aprel 02:00 II Divizion 1 523
Azərbaycanda klub prezidenti və yaxınları AFFA-nın “radar”ına düşdü

AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Haypers Quba"nın prezidenti Ayaz Abdullayevi, məşqçisi Rəsul Babazadəni, futbolçuları Baxşəli Baxşəliyev və Xaqan Məmmədovu cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Qərarda qeyd edilib,

II Liqanın 19-cu turunun “Ağdaş”la oyunu bitdikdən sonra “Haypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb. “Haypers Quba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin eyni görüş başa çatdıqdan sonra “Haypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi hədələyib. O, bu səbəbdən 2 oyun cəzalandırılıb. Klub isə 100 manat cərimə edilib.

Bundan əlavə, həmin oyunda "Haypers Quba"nın futbolçularından Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq, Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəzalandırılıb.

"Haypers Quba" - "Ağdaş" görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Aprel 18:10 Çək və bizə göndər!
10 Aprel 17:20 "Bunu bəhanə etmirik"
10 Aprel 11:00 Burada özünə yer et!
10 Aprel 04:00 Ayşən yenidən finalda
April
2025
SunMonTueWedThuFriSat