Azərbaycan yığmasının sabiq baş məşqçisi Əsgər Abdullayev II Liqada işləyə bilər.
Ötən mövsüm «İmişli»də çalışan mütəxəssis «Hypers»lə danışıqlara başlayıb.
O, I Liqaya vəsiqə qazanmaq iddiasında olan Quba təmsilçisinin sükanı arxasına keçməyə hazırdır.
Çempionatın debütantı son günlərə kimi Vüqar Nadirova tapşırılmışdı. Yarışın axır iki turunda «Şahdağ Qusar» və «Şəfa»ya məğlubiyyət onun gedişi ilə nəticələndi.
"Haypers" hazırda turnir cədvəlində 18 xalla 4-cüdür.
SPORTİNFO.AZ