Klub prezidenti açıqladı: “Hazırda iki məqsədimiz var”

1 Aprel 14:00 II Divizion 615
Klub prezidenti açıqladı: “Hazırda iki məqsədimiz var”

«Hazırda iki məqsədimiz var».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Lerik»in prezidenti Famil Məmmədov deyib.

II Liqada çıxış edən cənub klubunun rəhbəri qarşılarına qoyduqları hədəfləri bəlli edib:

«Komandanın çempionatda yerini qoruması vacibdir. Burada ikinci mövsümü keçiririk

Region Liqasına düşmək istəmirik. Qış fasiləsindən sonra düşərgədə xeyli dəyişiklik baş verib.

Gedənlərin yerinə 10-dan artıq futbolçu gətirmişik. Onların hamısı cənub bölgəsindən deyil, başqa yerlərdən dəvət etdiklərimiz də var.

Təkcə dörd nəfər Bakıdandır. Çalışmışıq ki, heyəti gücləndirək, yaxşı nəticələr qazanaq.

Çempionatda qalmaq üçün bizə daha bir neçə qələbə lazımdır. İnanıram ki, hazırkı futbolçularla məqsədimizə çatacağıq.

Paralel olaraq, klubun maliyyə vəziyyətini yaxşılaşdırmağa səy göstəririk. Bəzi planlarımız var, onların icrasını sürətləndirmək üçün addımlar atırıq».

«Lerik» 18 tur ərzində 13 xal toplayıb. Cənublular turnir cədvəlinin 11-ci sırasında yerləşib və son sıradakı «Füzuli»ni 4 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti