COP29

Klub pul tapa bilmədi, doğma rayondan çıxarıldı

26 Avqust 11:40 II Divizion 2 348
Klub pul tapa bilmədi, doğma rayondan çıxarıldı

Sentyabrın ilk günlərində II Liqada yeni mövsümə start veriləcək.

«Araz Saatlı» ev oyunlarını doğma rayonda qəbul edə bilməyəcək.

Bu, klub rəhbərliyi ilə yerli Olimpiya Kompleksinin direktoru Aqil Heydərov arasında yaranmış problemlə əlaqədardır.

Belə ki, cari ilin birinci yarısınadək «Araz»da vitse-prezident postunu tutmuş Heydərovun idarəçilərlə münasibətlərində soyuqluq əmələ gəlib. Və bu da pul üstündədir.

Ötən mövsüm I Liqada qüvvəsini sınamış «Araz»ın kompleksə borcu yaranıb. Hardasa 10 min manat civarında ödəmədən söz açırıq.

Klub yönətimi həmin vəsaiti hissə-hissə ödəmək istəsəə də, sabiq vitse-prezident bununla razılaşmayıb. O, borcun tam şəkildə, özü də qısa bir müddətdə geri qaytarılmasını tələb edib.

Amma bu, hələlik mümkün deyil. odur ki, komanda rəqiblərini Şirvanda yerləşən Olimpiya Kompleksinin stadionunda qonaqlayacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti