Bu komandalar liqaya vəsiqə qazandı

9 Aprel 08:40 II Divizion 1 083
Bu komandalar liqaya vəsiqə qazandı

I Liqaya iki vəsiqənin sahibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, II Liqada XX turun ilk oyun günündən sonra rəsmiləşib.

Çempionatın ldieri “Şahdağ Qusar” öz meydanında “Hypers Guba”ya 2:1 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Qusar təmsilçisi xallarının sayını 58-ə çatdırıb.

“Şahdağ Qusar”la 4-cü pillədəki Quba klubunun aralarındakı xal fərqi 22-yə yüksəlib. Əldə olunan üç xalla da lider “üçlük”dəki yerini, bununla da I Liqaya vəsiqəni təmin edib.

“Hypers Guba”nın xal itirməsi daha bir komandanın işinə yarayıb. İkinci pillədəki “Şəfa” “Sheki City” üzərindəki 6:0 hesablı qələbə ilə xallarını 55-ə çatdırıb. 19 xallıq üstünlük Bakı klubunun “üçlük”də yerini təmin etməsi və I Liqaya vəsiqə qazanması üçün yetərli olub.

Qeyd edək ki, II Liqada ilk üç yerin sahibi daha üst liqaya birbaşa vəsiqə qazanır, 4-cü olan komanda isə pley-off oynayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!