Bu liqada hansı hadisələr baş verib? - Sonuncu həftədə

9 Aprel 03:10 II Divizion 416
Bu liqada hansı hadisələr baş verib? - Sonuncu həftədə

I Liqa klubu “Qaradağ Lökbatan”da “lipa” aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, AFFA İntizam Komitəsi bununla bağlı qərarını açıqlayıb.

“Cəbrayıl”la səfər matçında lökbatanlıların heyətində adları protokolda olmayan futbolçular oyuna daxil olub.

Bu səbəbdən “Qaradağ Lökbatan”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komandaya həmçinin 400 manatlıq cərimə kəsilib.

“Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai” klubunun inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Difai” klubu 150 manat cərimə edilib.

“Difai” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” klubu 50 manat cərimə edilib.

“Difai” – “Karvan” görüşündə oyun günü planı pozulduğuna görə “Difai” klubu 100 manat cərimə edilib.

“Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 20:00 Çək və bizə göndər!
13 Aprel 11:30 Bu işdə xeyir var!