COP29

Qanqal içində futbol və ya Xəyalvari gözəl qol - VİDEO

13 Sentyabr 19:00 II Divizion 1 101
Qanqal içində futbol və ya Xəyalvari gözəl qol - VİDEO

II Liqada ikinci tura yekun vurulub.

«Araz» mövsümdə ilk ev oyununu Şirvanda keçirib.

Saatlı Olimpiya Kompleksinin rəhbərliyi ilə aradan yaranan borc qalmaqalına görə doğma el-obadan uzaq düşən komanda qonşu rayonda axarkeş dəstəyi almadan meydana çıxıb və «Göygöl»ün işinə yarayıb.

Hesabı da elə qonaqlar açıb. Samir Məmmədov 12-ci dəqiqədə yaxın məsafədən qapını dəqiq nişan alıb.

Onun fərqləndiyi epizodu sahənin kənarındakı qanqallığın içində qeyd etməsini yadda saxlayaq.

Çünki o, 66-cı dəqiqədə ikinci qolunu vurarkən, sevinci aşıb-daşmayıb, özünü ora-bura vurmayıb.

«Araz»dan Elariz Xəlilli hesabı bərabərləşdirib. Bu vaxt dəqiqələr 30-u göstərirdi.

Ötən sezon da I Liqada gücünü sınamış ənənəsinə xəyanət etməyib - fərqləndikdən sonra salto vurub.

Matç sərt məcrada keçib. Baş hakim Vüqar Həsənli əlini 9 dəfə cibinə atıb və göstərdiyi vərəqələrdən biri qırmızı rəngdə olub.

Havada rəqibin üzərinə tullanan Elşən Mirzəyev 83-cü dəqiqədə ikinci «sarı»nı önündə görüb. «Araz» sanki bunu gözləyirdi.

Epizodun üstündən 1 dəqiqə keçmiş Xəyal Bədirov uzaq məsafədən gözəl qola imza atıb.

«Ayın qolu» sorğusu keçirilsə, əminik ki, Xəyalın «doqquzluğ»a salamlayan zərbəsi ilk «beşlik»də özünə yer edəcək.

SPORTİNFO.AZ

Şirvan OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Vüqar Həsənli
Baş hakimin köməkçiləri: Mirnihat Seyidov, Asif Abdullayev
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Sarı vərəqələr: Nurlan İsayev, 19 (qeyri-idman hərəkəti); Qurban Hüseynov, 90 (qeyri-idman hərəkəti); Elariz Xəlilli, 90 (qeyri-idman hərəkəti) // Elşən Mirzəyev, 19, 83 (qeyri-idman hərəkəti); Çingiz Məmmədov, 67 (qeyri-idman hərəkəti); İsa Bayramov, 88 (hakimin qərarına etiraz); Samir Məmmədov, 90 (qeyri-idman hərəkəti); Pərvin Zeynalov, 90 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elşən Mirzəyev, 83
Qollar: Elariz Xəlilli, 30; Xəyal Bədirov, 84 // Samir Məmmədov, 12, 66
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Saatlı-Araz”

1. Ümüd Cəfərov
9. Nurlan İsayev
(15. Cavid Əliyev, 81)
19. Rəsul İbrahimov
7. Xəyal Bədirov
5. Qurban Hüseynov
8. Ramin Süleymanov
17. Elariz Xəlilli
11. Kamran Yolçiyev
6. Həmzə Əliyev (k)
44. Ramiz Qasımov
66. Turqut Mustafazadə
(14. Abdulla Köngülov, 81)
Ehtiyat oyunçular:
12. Teymur Hüseynov
10. Zaur Fərzəliyev
4. Loğman Əliyev
24. Ülvi Əvəzov
49. Pərviz Eyvazov
Baş məşqçi: Şəhriyar Məmmədov

“Göygöl”

99. Pərvin Zeynalov
9. Zahid Sadıxov
14. Ülvi Cəlilov (k)
97. İsa Bayramov
10. Elcan Rəhimov
(44 Rəşid Zeynalov, 55)
11. İntiqam Tağıyev
(3. İsmayıl Məmmədov, 65)
77. Samir Məmmədov
55. Sənan Həsənov
17. Çingiz Məmmədov
(22. Araz Quliyev, 85)
8. Seymur Fərəci
32. Elşən Mirzəyev
Ehtiyat oyunçular:
13. Kənan Əliyev
66. Elgün Qasımlı
Məşqçi: Elşan Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə