Yeni mövsümdən II Liqada çıxış edəcək "Saatlı-Araz FK" adını dəyişir.
Bu barədə Sportinfo.az-a klubun prezidenti Ədalət Abdullayev məlumat verib.
Aran təmsilçisinin rəhbəri atdıqları addımın səbəbini bu cür izah edib:
"Klubun hüquqi adı "Saatlı-Araz FK" MMC-dir. Amma biz klubun "Araz Saatlı" olaraq tanınmasını istəyirik.
Artıq Peşəkar Futbol Liqasına müraciət etmişik. Çemipionatın təşkilatçısı onlaprdır və zəmanət vermişik ki, qısa müddətdə hüquqi adda dəyişiklik edəcəyik".