
II Liqada yarışan «Şahdağ»da yeni təyinat rəsmiləşib.
Nazim Əliyev baş məşqçi postuna təsdiqlənib.
Onunla 2 aylıq müqavilə imzalanıb.
Amma bu anlaşma o anlaşmalardan deyil. Əliyev yalnız kağız üzərində fəaliyyət göstərəcək. Mövsümün əvvəlində sükan arxasına keçən Elnur Abdullayev yenə öz işini görəcək.
Bəs klub rəhbərliyi «Neftçi»nin sabiq məşqçisini niyə bura gətirib?
Məsələ AFFA-nın tələblərindən qaynaqlanır. Belə ki, federasiya I Liqaya vəsiqə qazanan Qusar təmsilçisindən lisenziyalaşdırma meyarlarına riayət etməsini istəyib.
E.Abdullayevin «A» kateqoriyalı lisenziyası yoxdur. I Liqada çıxış edəcək istənilən komandanın çalışdırıcısı mütləq bu kateqoriyanı daşımalıdır.
N.Əliyev adının lisenziya sənədlərində göstərilməsi üçün «Şahdağ»dan ödəniş alacaq. Yəni ki, tərəflər bir quru «salam-sağ ol» əsasında formal müqaviləyə imza atmayıb.
SPORTİNFO.AZ