
AFFA-nın baş katibi Cahangir Fərəcullayev növbəti görüşünü keçirib.
O, federasiyanın inxzibati binasında «Dinamo»nun İdarə Heyətinin sədri Yaşar Seyidovla bir araya gəlib.
Tərəflər 2 saata yaxın vaxt ərzində klub və uşaq futbolu ətrafında geniş müzakirələr aparıblar.
II Liqada mübarizə aparan «Dinamo»nun rəhbəri ona gördükləri işlər barədə geniş məlumat verib, həyata keçirmək istədikləri yeni planlarla tanış edib.
Seyidov «Dinamo» ilə yanaşı, İsgəndər Cavadov adına Futbol Akademiyasının (İCBFA) fəaliyyətinjən söz açıb, üzləşdikləri problemləri nəzərə çatdırıb.
C.Fərəcullayev də öz növbəsində uşaq, yeniyetmə və gəncləri sağlam həyata həvəsləndirən, bu istiqamətdə mühüm layihələr həyata keçirən «Dinamo» ilə İCBFA-nı təqdir edib, onlarla bağlı məsələləri diqqət mərkəzində saxlayacaqlarını söyləyib.
SPORTİNFO.AZ