Rayonda üç baxımlı qol və utancaq qız… VİDEO+FOTOLAR

28 Aprel 23:40 II Divizion 122
Rayonda üç baxımlı qol və utancaq qız… VİDEO+FOTOLAR

II Liqada 22-ci tura yekun vurulub.

"Araz Saatlı"nın qonağı olan "Füzuli" 2:1 hesablı qələbə qazanıb.

Bu oyunu izləmək üçün Saatlı stadionuna 50 nəfər təşrif buyurub. Onların da arasında iki azyaşlı qız…

O utancaq qızlardan biri üzünü fotokameranın obyektivindən yayındırıb.

Amma yerli komandanın futbolçuları autsayderə uduzmaqdan utanmayıb. Hesabı elə özlərinin açmasına rəğmən.

Cərimə zərbəsindən havalandırılan iopu başla yaxın küncə fırladan Elariz Xəlilli və yoldaşları cəmi 2 dəqiqə sevinc hissi yaşayıb.

Kənan Məmmədov 20-25 metr məsafədən güclü zərbəylə gözəl qola imza atıb.

Fastələdən sonra qarabağlılar qələbə topunu vurub. Kapitan Elgün Abbaslı cərimə zərbəsindən «doqquzluğ»u dəqiq nişan alıb. Aranlılar yenilgidən xilas olmaq üçün əla 2-3 epizod yaxalayıb, amma nə olsun…

Bu matçdan sonra "Araz Saatlı" 31 xalla 8-ci, "Füzuli" isə 15 xalla 12-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Araz-Saatlı" - "Füzuli" 1:2
Qollar:
Elariz Xəlilli, 40 // Kənan Məmmədov, 42; Elgün Abbaslı, 49
Saatlı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Tərlan Talıbzadə, Rizvan Süleymanov Dördüncü hakim: Mahmud Bağırzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Ramiz Qasımov, 47 (qeyri-idman hərəkəti); Teymur Hüseynov, 74 (qeyriidman hərəkəti) // Samir Əliyev, 17 (qeyri-idman hərəkəti); Şəhriyar Zərbəliyev, 43 (qeyriidman hərəkəti); Elçin Rəhimli, 90+3 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.

“Araz Saatlı”: 12. Teymur Hüseynov 7. Elnur Səmədov 19. Rəsul İbrahimov (k) 10. Hacı Rüstəmov 11. Zaur Fərzəliyev (29. Qərib Rzayev, 46) 15. Cavid Əliyev (5. Valeh Əzizli, 46) 8. Ramin Süleymanov 17. Elariz Xəlilli 6. Həmzə Əliyev 44. Ramiz Qasımov 4. Loğman Əliyev
Ehtiyat oyunçular: 1. Maximilian Şilder 66. Eldəniz Hüseynov 49. Ceyhun Həsənli 27. Şövqi Seyfullazadə 20. Məhərrəm Əlizadə 24. Nahid İsmayıllı 14. Sənan Nərimanlı
Baş məşqçi: Asim İbrahimov

“Füzuli”: 1. Kamil Nəzərli 88. Kənan Məmmədov 91. Şəhriyar Zərbəliyev 10. Elgün Abbaslı (k) 17. Elçin Rəhimli 7. Samir Əliyev 18. Mübariz Hüseynzadə 11. Samur-Xan Aslanxanov (21. Fuad Məmmədzadə, 80) 4. Əl-Musənnə Omran 6. Zöhrab Bayramov (9. Murad Mehdiyev, 90+2) 5. Rəhim Nağıyev (44. Elmir Xəlilov, 87)
Ehtiyat oyunçular: 8. Şaməddin Rüstəmov 77. Əli Əliyev
Məşqçi: Xəqani Quliyev

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!
28 Aprel 11:20 Qurban Qurbanovun "11"i
28 Aprel 11:00 Bir addımı da sən at!