“Şəfa” Ağdaşda SENSASİYAdan qaçdı, “Şahdağ” istədiyini qazandı! - VİDEOLAR

23:00 II Divizion 139
“Şəfa” Ağdaşda SENSASİYAdan qaçdı, “Şahdağ” istədiyini qazandı! - VİDEOLAR

Bu gün II Liqada 23-cü tur start götürüb.

Sportinfo.az xəbər verir ki, yeni hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma keçirilib.

Çempionatın lideri “Şahdağ” Şamaxıda “Füzuli”nin qonağı olub və 2 cavabsız qolla qalib gəlib.

Qusar təmsilçisini təqib edən “Şəfa” isə Ağdaşda eyniadlı komandanın ciddi müqaviməti ilə üzləşib.

Paytaxt mənsubu oyunun gedişində məğlub duruma düşsə də, Amil Yunanovun son dəqiqələrdə vurduğu qolla 3 xal qazanıb.

“Füzuli” – “Şahdağ Qusar” 0:2

Qollar: R.Seyidov, 45, X.Sadıxov, 53

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Şamaxı OİK stadionu

“Ağdaş” – “Şəfa” 1:2

Qollar: E.Süleymanov, 38 - R.Hacıyev, 41, A.Yunanov, 84

Hakimlər: Murad Səlimov, Aydın Bəxşiyev, Elmin Süleymanov, Sənan Bayramzadə
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Ağdaş şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti