Meydandan qovuldu, hirsini komanda yoldaşlarının üstünə tökdü - VİDEO

09:40 II Divizion 112
Meydandan qovuldu, hirsini komanda yoldaşlarının üstünə tökdü - VİDEO

«Dinamo» II Liqada liderlər qrupuna daxil olmaq fürsətini 22-ci turda qaçırıb.

Turnir cədvəlində dördüncü yerə göz dikərək yoluna davam edən «polislər» gözlənilmədən xal itkisinə uğrayıb.

Binədə «Şəki Siti» ilə görüşən Daxili İşlər Nazirliyinin komandası iki fərqli hissə keçirib.

İlk yarıda qonaqlar daha fəal təsir bağışlayıb, real qol imkanları əldə edib.

Kapitan Elçin Ramazanovdan uzun ötürmə alan Əli Tağızadə 8-ci dəqiqədə hesabı açıb. Şəkililər növbəti iki epizodda fərqi artırmaq şansından yararlana bilməyib.

Fasilədən sonra «Dinamo» nisbətən aktivləşib. Məğlubiyyətdən qaçmaq üçün irəli atılan ev sahibləri yalnız 71-ci dəqiqədə status-kvonu bərpa edib.

Əlisa İsayev penaltini qola çevirib. Daha sonra Məhəmməd Cəfərzadə və Ziya Məmmədli «polislər»i önə çıxara bilərdi, olmadı.

«Şəki»nin əks-hücumları da təhlükəli alınıb.

Əlibala Ağayev 90+3-cü dəqiqədə rəqibini aşkar qol vurmaq vəziyyətindən məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Müdafiəçi cəzalandığı anda bütün hirsini komanda yoldaşlarının üstünə töküb.

Bununla belə, əyalət təmsilçisi son saniyələrdə daha iki əla epizod yaxalayıb, onda da top qapıya getməyib.

«Dinamo» hazırda 35 xalla altıncı pillədə qərarlaşıb. 15 xala sahib «Şəki» isə 10-cu yerdədir.

SPORTİNFO.AZ

“Dinamo” - “Şəki Siti” 1:1

Qollar: Əlisa İsayev, 71 (p.) // Əli Tağızadə, 8
Binə qəsəbə stadionu. 40 tamaşaçı
Baş hakim: Əkbər Əhmədov
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Rəhman Aslanov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Şahin Əliyev, 44 (qeyri-idman hərəkəti); Ziya Məmmədli, 90+1 (qeyriidman hərəkəti) // Orxan Kərimov, 44 (qeyri-idman hərəkəti); Ramin İsmayılov, 70 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Əlibala Ağayev, 90+3 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.

“Dinamo”
1. İbrahim Bağırov
14. Xəyal Qocayev
11. Şahin Əliyev (k)
(15. Tərlan Veysəlli, 46)
3. Nicat Əskərov
55. Əlisa İsayev
(5. Nail Təhməzli, 84)
10. Ziya Məmmədli
19. Əlibala Ağayev
24. Sadiq Hüseynli
18. Aydın İsxanzadə
(88. Aqil Hüseynzadə, 46)
17. Fizuli Dəmirov
(7. Əkbər Səfərzadə, 78)
16. Məhəmməd Cəfərzadə
(44. Əli Məmmədli, 30)
Ehtiyat oyunçular:
12. Elmin Qaçaylı
27. Həsənəli Rəhimov
33. İkram Həmidli
22. Amil Nurəhmədov
8. Uğur Sayıllı
6. Orxan Novruzov
80. Elvin Əliyev
Baş məşqçi: İbrahim Uzunca

“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov
4. Süleyman Rauflu
20. Orxan Kərimov
(8. Yusif Yusifzadə, 60)
14. Elçin Ramazanov (k)
55. Nəriman İmayətov
97. Tural Məmmədzadə
(11. Revazi Otaraşvili, 74)
44. Osman Soltanov
3. Coşqun Canımov
7. Əli Tağızadə
(17. Xalıq Şabanov, 65)
77. Asim Quliyev
Ehtiyat oyunçular:
88. Ramil İsmayılov
66. Yunis Həsənli
21. Yusif Qafurov
99. Elgün Hacıbabayev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 20:00 Çək və bizə göndər!