Uşağın etməyəcəyi səhv, su içində olan forma və het-trik - VİDEO

26 Aprel 23:40 II Divizion 126
Uşağın etməyəcəyi səhv, su içində olan forma və het-trik - VİDEO

«Şəfa» II Liqada çempionluq iddiasından əl çəkmir.

Qubada «Hypers»in qonağı olan paytaxt təmsilçisi səfərdən 5:1 hesablı qələbəylə dönüb.

İlk hissədə qapılara cəmi 1 qol vurub. Yerli qapıçının uşaqsayağı səhvi Amil Yunanovun hesabı açmasına səbəb olub.

«Hypers» fasiləyədək bəxtindən şikayətlənə bilərdi. Cavid İmamverdiyev və Ağabəkir Həşimlinin qapıçıyla üzbəüz qaldıqları epizodlarda fərqlənə bilməməsinə görə.

Yağışlı havaya görə meydanın suya qərq olması «Şəfa»nı fasilədə geyimini dəyişməyə vadar edib.

Və ənənəvi göy forma onlara düşüb. Yunanov het-trikə imza atıb, Elnur Cəfərov və Samr Ağayev hərəyə 1 dəfə fərqlənib.

SPORTİNFO.AZ

"Hypers Quba" - "Şəfa" 1:5

Qollar: Cavid İmamverdiyev, 76 (p.) // Amil Yunanov, 32; 51; 63 (p.); Elnur Cəfərov, 72; Samir Ağayev, 88
Quba OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Rəhman Aslanov Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Hypers Guba”: 13. Əli Həsənli 98. Elxan Qasımov 55. Qeyrət Əliyev 10. Cavid İmamverdiyev (k) 11. Ruslan Qurbanov (15. Ramin Məhərrəmov, 89) 14. İlqar Ələkbərov 7. Hüseyn Novruzov 6. Xaqan Məmmədov (19. Mətləb Osmanov, 76) 71. Sənan Aslanov 8. İbrahim Nağıyev (88. Nicad İsmayılov, 65) 70. İbrahim İbrahimli (99. İlham Yarəliyev, 76) 9. Ağabəkir Həşimli
Ehtiyat oyunçular: 35. Fərman Bayramov
Baş məşqçi: Elvin Həsənov

“Şəfa”: 21. Novruz Məmmədov (k) 33. Tərlan Quliyev 88. Aqşin Paşayev (4. Samir Ağayev, 84) 9. Amil Yunanov (7. Elvin Nəsibov, 70) 77. İbrahim Aslanlı (32. Elməddin Hüseynzadə, 76) 42. Elnur Cəfərov (28. Ülvi Quliyev, 84) 10. Emin Zamanov 70. Ruslan Hacıyev (3. Bəxtiyar Soltanov, 70) 19. Əsgər Hüseynov 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 1. Vaqif Şirinbəyov 12. Rafiq Həsənov 23. Comərd Baxşəliyev 22. Tural Nərimanov 20. Rauf Məhərrəmov 97. Cavad Bağırov
Baş məşqçi: Elgiz Kərəmli

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 03:40 Qubalı qızlar oynayacaq