
II Liqada 21-ci turun ən maraqlı oyunlarından biri Şamaxıda baş tutub.
Çempionatı tərk etmək təhlükəsini kürəyində hiss edən iki komanda - «Füzuli» ilə «Ağdaş» bu rayonda üz-üzə gəlib.
Turnir cədvəlinin son pillərində qonşu olan rəqiblərin duelində qapılara 5 qol vurulub. İlk hissədə «Füzuli»nin müdafiəçilərinin kobud mövqe xətası «Ağdaş»ın hesabı açmasıyla başa çatıb.
İstər fasiləyədək, istərsə də ondan sonra oyun qarşılıqlı hücumlar şəraitində keçib. Qapılar ağzında təhlükəli epizodlar sıralanıb.
Gah nominal ev sahibləri, gah da qonaqlar qol epizodlarını dəyərəndirməyib. Belədə Elgün Abbaslı ön plana çıxıb.
«Füzuli»nin kapitanı penalti vuruşlarını dəqiq yerinə yetirməklə dublunu rəsmiləşdirib. Məğlubiyyətlə barışmaq istəməyən «Ağdaş» 90+4-cü dəqiqədə bərabərlik qolunu vurub.
Cinah keçidindən sonra ona ötürülən topu «çərçivə»yə yönəldən Taleh Yusiflinin zərbəsinə «Füzuli»nin müdafiəçisi reaksiya göstərsə də, o, artıq gecikmişdi.
«Yuvarlaş meşin»in qapı xəttini keçmədiyini iddia etsələr də, referi İslam Məmmədov qərarından dönmədi.
Matçın bu hesabla yekunlaşacağı gözlənilərkən, daha bir qol vuruldu. Qapıya 45 metr məsafədən cərimə zərbəsi vurmaq hüququ əldə edən «Füzuli»ni «Ağdaş»ın qapıçısı Kamil Nəzərli istəyinə çatdırıb.
O, üstünə gələn yumşaq topu əlləri arasında saxlaya bilməyib və Əli Əliyev karyerasının ən asan, eyni zamanda, ən qiymətli qoluna imza atıb.
SPORTİNFO.AZ
“Füzuli” – “Ağdaş” 3:2
Qollar: Elgün Abbaslı, 60 (p.), 78 (p.); Əli Əliyev, 90+5 // Elçin Süleymanov, 42; Taleh Yusifli, 90+4
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: İslam Məmmədov
Baş hakimin köməkçiləri: Mirnihad Seyidov, Ruslan Babayev
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sarı vərəqələr: Əl-Musənnə Omran, 35 (qeyri-idman hərəkəti); Kamil Nəzərli, 80 (oyunun bərpasının ləngidilməsi) // Sahil Həsənov, 67 (qeyri-idman hərəkəti); Fuad Hüseynov, 75 (hakimin qərarına etiraz); Ramal Əhmədov, 81 (qeyri-idman hərəkəti); Vasif Nəsirov, 89 (qeyri-idman hərəkəti); Elvin İsmayılov, 90+4 (oyunun bərpasının ləngidilməsi)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Ruslan Hüseynov, 71 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Ruslan Hüseynov, oyundan sonra (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Füzuli”: 1. Kamil Nəzərli 88. Kənan Məmmədov 91. Şəhriyar Zərbəliyev (11. Samur-Xan Aslanxanov, 63) 10. Elgün Abbaslı (k) 21. Fuad Məmmədzadə (18. Mübariz Hüseynzadə, 46) 17. Elçin Rəhimli 77. Əli Əliyev 7. Samir Əliyev 4. Əl-Musənnə Omran 6. Zöhrab Bayramov (9. Murad Mehdiyev, 86) 5. Rəhim Nağıyev
Ehtiyat oyunçular: 8. Şaməddin Rüstəmov 19. Elçin Əliyev 44. Elmir Xəlilov
Məşqçi: Xəqani Quliyev
“Ağdaş”: 1. Ümid Paşayev 5. Vasif Nəsirov 2. Aqil Mirzəyev (26. Taleh Yusifli, 78) 3. Səbuhi Ağayev (k) 33. Elçin Süleymanov 17. Ramal Əhmədov 4. Azad Əzimli 24. Elvin İsmayılov 21. Eşqin Vəliyev (7. Taryel Zeynalov, 69) 90. Araz Kərimxanov (77. Fuad Hüseynov, 69) 10. Sahil Həsənov
Ehtiyat oyunçular: 9. Oleq Xəlilov 13. Şamil Mustafayev 27. Rəvan Əliyev 6. Elxan Məhərrəmov 14. Hüseyn Hüseynov
Baş məşqçi: Ruslan Hüseynov