
II Liqada 21-ci tura yekun vurulub.
Şəmkir Olimpiya Kompleksinin stadionu güclü yağış nəticəsində yararsız hala düşdüyündən, rayonun eyniadlı təmsilçisi Tovuza üz tutmalı olub.
«Qonşu qonşunun harayına yetişər» devizinə sadiq qalan «Turan» qapılarını onların üzünə açıb. Bu da Vüqar Nadirovun çalışdırdığı komandanın işinə yarayıb.
Nominal ev sahibləri Kür-Araz"ın qapısına 6 cavabsız top vurub. 90 dəqiqə bir qapı önündə keçib. Matç ərzində 1 əvəzetmədən də istifadə etməyən İmişli komandası olduqca pis təsitr bağışlayıb.
Mərkəz xətti nadir hallarda keçən qonaqlar "Şəmkir"in qapısı ağzına yaxınlaşa bilməyib. Qərblilər nəticəyə görə sevinməli, hesaba görə üzülməlidir.
Bu oyuna görə 6 qol azdır, çünki qaçırdıqları epizodların sayı bundan xeyli çoxdur. Vidadi Cəfərov pokerə imza atsa da, daha dörd fürsəti boşa verdi, bir qolu da sayılmadı.
Şəmkirlilər bir qədər diqqətli və məsuliyyətli olsaydı, azından 15:0 qalib gəlməli idilər.
SPORTİNFO.AZ
"Şəmkir" - "Kür-Araz" 6:0
Qollar: Vidadi Cəfərov, 11 (p.), 33, 54, 90; Ceyhun Rəcəbli, 29; Ümid Nağdalıyev, 45
Tovuz şəhər stadionu. 350 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Samir Qaracayev, Zakir Şükürzadə
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Ağasən Əsgərov, 10 (qeyri-idman hərəkəti); İlkin Hüseynli, 31 (hakimin qərarına etiraz); Mirabbas Mirbabayev, 48 (qeyri-idman hərəkəti); Eltun Həsənli, 77 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.
“Şəmkir”
1. Orxan Sadıqlı (k)
(13. Cəfər Abbasov, 78)
10. Akif Tağıyev
(19. Məmməd Məmmədov, 78)
25. Kamal Mirzəyev
(18. Pərvin Kərimli, 66)
17. Ceyhun Rəcəbli
57. Məzahir Əhmədov
(16. Ayhan Quluzadə, 83)
9. Vidadi Cəfərov
14. Rəhim Cəfərov
6. Sərcan Omarov
15. Ümid Nağdalıyev
11. Fəzail Şirxanzadə
8. Nihat Sarıyev
(22. İsmayıl Əskərov, 83)
Ehtiyat oyunçular:
44. Elşad Mirzəyev
Baş məşqçi: Vüqar Nadirov
“Kür-Araz”
99. Əmrah Zülfüqarlı
11. Ramazan Abbasov
8. Cavidan Musazadə (k)
22. Mirabbas Mirbabayev
6. Ağasən Əsgərov
9. Elxan Məmmədov
15. Babək Yaqublu
5. İlkin Hüseynli
3. Eltun Həsənli
13. Nihad Məmmədov
4. Nihat Paşayev
Ehtiyat oyunçular:
1. Elçin Əliyev
12. Hilal Maqsudlu
10. Bayram Əliyev
16. Əli İbrahimli
2. Rəşid Əmirli
20. Əli Mürsəlov
17. Vidadi Ağazadə
Baş məşqçi: Murad Ağayev