Üçü Bakıda, biri rayonda - II Liqanın oyunlarından CANLI YAYIM

13:50 II Divizion 99
Üçü Bakıda, biri rayonda - II Liqanın oyunlarından CANLI YAYIM

Bu gün II Liqada 22-ci tur start götürəcək.

Sportinfo.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

“Qusar” Bakıda “Hypers”lə üz-üzə gələcək. “Dinamo” Binədə “Şəki Siti”ni qəbul edəcək.

Çempionluq üçün mübarizə aparan “Şəfa” isə “Göygöl”ü sınağa çəkəcək. Turnir cədvəlinə başçılıq edən “Şahdağ” Şamaxıda “Ağdaş”la qarşılaşacaq.

“Qusar” – “Hypers Guba”
Hakimlər: Rövşən Rəcəbov, Mirnihad Seyidov, Rasim Axundov, Kamil Aydınov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Neftçi Futbol Mərkəızi (IV meydança), 14:00

“Dinamo” – “Sheki City”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Rəhman Aslanov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə qəsəbə stadionu, 16:00

“Şəfa” – “Göygöl”
Hakimlər: Alik Yunusov, Asif Abdullayev, Sevda Nuriyeva, Nəriman Ağayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASK Arena”, 17:00

“Şahdağ Qusar” – “Ağdaş”
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Ruslan Məmmədov, Emin Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Şamaxı OİK stadionu, 17:00

Digər Xəbərlər
Xəbər Lenti