Qapılarını qoruya bilmədilər, 2000 manat əldən çıxdı - VİDEO

09:40 II Divizion 162
Qapılarını qoruya bilmədilər, 2000 manat əldən çıxdı - VİDEO

«Şahdağ» II Liqada 21-ci turu qələbə ilə başa vurub.

«Göygöl»ün qonağı olan qusarlılar hər hissədə bir dəfə fərqlənib.

İlk yarıda Vüsal Hüseynov cərimə meydançasından havalandırılan topu başla qapıdan keçirib. Fasilədən sonra isə Rahid Əmirquliyev penaltini dəqiq yerinə yetirib.

Qərb təmsilçisi 0:2-yə qədər qonaqlara ciddi müqavimət göstərib. Belə söz-söhbətlər var ki, «Şəfa» çempionatın liderini büdrətmək üçün onlara pul mükafatı təyin edib.

İddia olunan məbləği də açıqlaya bilərik - 2000 manat.

«Göygöl» xal qazanmaq üçün yalnız müdafiə olunmurdu. Böyük qüvvə ilə tez-tez irəli atılırdılar.

Düzdür, 1 epizod xaricində «Şahdağ»ın qapısı önündə təhlükə yarada bilmədilər, ancaq əzmkarlıq göstərir, hər top uğrunda mübarizə aparırdılar.

«Şahdağ» təcrübəsi hesabına matçın taleyini həll etdi. Onlar çox qaçmır, yalnız fürsət düşəndə sürətli əks-hücumlarla Novruz Rəhimovun qoruduğu qapını hədəf alırdılar.

Ev sahiblərinin qapıçısı 90 dəqiqə özünü elə hey əldən saldı! Dörd-beş epizodda komandasının karına gəldi.

SPORTİNFO.AZ

“Göygöl” - “Şahdağ” 0:2
Qollar:
Vüsal Hüseynov, 11; Rahid Əmirquliyev, 82 (p.)
Göygöl OİK stadionu. 30 tamaşaçı
Baş hakim: Ruslan Quliyev
Baş hakimin köməkçiləri: Səbuhi Soltanov, Səbuhi Əmrahov Dördüncü hakim: Namiq Bəkirov
Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqə: İsmayıl Məmmədov, 67 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

"Göygöl”: 13. Novruz Rəhimov 44. Elxan Əzizov (32. Oqtay Məmmədov, 71) 14. Ülvi Cəlilov (k) 10. Elcan Rəhimov 6. Kamal Həsən-pur 11. İntiqam Tağıyev 97. Cavanşir Cavanşirov 3. İsmayıl Məmmədov 55. Sənan Həsənov 4. Kərəm Əhmədli 8. Seymur Fərəci
Ehtiyat oyunçular: 99. Pərvin Zeynalov 9. Zahid Sadıxov 15. Surac Nəcəfov 66. Dursun Məmmədov 5. Səid Həsənov

Məşqçi: Bilal Mehdiyev

“Şahdağ”: 12. Rafiq Kərimov 14. Rahid Əmirquliyev (k) 88. Mehdi Rəsulov (70. Samir Qurbanov, 65) 11. Tural Qurbatov 19. İlyas Səfərzadə (7. Salman Atluxanov, 89) 6. Vüsal Hüseynov 17. Emin Quliyev (10. Mehman Məsimov, 65) 9. Famil Camalov (86. Xəqani Sadıxov, 78) 4. Rubin Seyidov 29. Elşən Veysov 71. Cavid Quliyev (55. Firuz Əhmədov, 78)
Ehtiyat oyunçular: 1. Elmar Seyidov 99. Elmar Əzizov 15. Nodar Məmmədov 38. Mehdi Əliyev 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Nazim Əliyev

Digər Xəbərlər
Xəbər Lenti