Dumanlı havada, gölməçəyə dönmüş, 1 nəfərin olmadığı məkanda 1 qol - VİDEO

20 Aprel 23:45 II Divizion 119
Dumanlı havada, gölməçəyə dönmüş, 1 nəfərin olmadığı məkanda 1 qol - VİDEO

"Qusar" II Liqada ardıcıl ikinci qələbəsini qazanıb.

21-ci turda "Şəki Siti"nin qonağı olan şimallılar 1:0 hesablı qələbə qazanıb.

AFFA İntizam Komitəsi tərəfindən cəza verildiyi üçün stadiona tamaşaçı buraxılmayıb.

Yeganə qol 61-ci dəqiqədə vurulub. Əlibəy Məmmədli sağ cinahdan qəbul etdiyi ötürməni yaxın məsafədən tora qovuşdurub.

Bu, onun birinci və sonuncu fürsəti olmayıb. "Neftçi"nin yetirməsi ilk hissədə və 90-cı dəqiqədə daha iki dəfə kameraları özünə tərəf yönəldib, di gəl, o, çətin olanı edib - topu boş «çərçivə»nin üstündən vurub.

Qarşılaşma çətin hava şərtləri altında keçirilib. Güclü yağış qazonu gölməçəyə çevirib. Suyun içində topu hərəkət etdirmək o qədər də asan olmayıb.

Bu azmış kimi, sıx duman futbolçuların görmə traektoriyasını məhdudlaşdırıb. Vəziyyəti belə görən oyunçular uzaq məsafədən qapıya tərəf zərbə endirməklə, xoşbəxtlik axtarışına çıxıb.

Kim birinci qolu vursaydı, o da qalib gələcəkdi. Səfərə 13 nəfərlə yollanmış «Qusar»ın bu mənada bəxti gətirdi.

Bu matçdan sonra "Qusar" 24 xalla 9-cu, "Şəki Siti" isə 14 xalla 11-ci pillədə qərarlaşıb.

SPORTİNFO.AZ

"Şəki Siti" - "Qusar" 0:1

Qol: Əlibəy Məmmədli, 61
Şəki şəhər stadionu. tamaşaçısız
Baş hakim: Murad Səlimov
Baş hakimin köməkçiləri: Aydın Baxşıyev, Elmin Süleymanov
Dördüncü hakim: Kamil Aydınov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Revazi Otaraşvili, 89 (hakimin qərarına etiraz) // Rüstəm Rüstəmov, 84 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.

“Sheki City”
1. Elnar Şabanov
5. Ramin İsmayılov
4. Süleyman Rauflu
20. Orxan Kərimov
14. Elçin Ramazanov (k)
11. Revazi Otaraşvili
3. Coşqun Canımov
66. Yunis Həsənli
(88. Ramil İsmayılov, 46)
17. Xalıq Şabanov
8. Yusif Yusifzadə
77. Asim Quliyev
Ehtiyat oyunçular:
9. Elxan İmayətov
21. Yusif Qafurov
99. Elgün Hacıbabayev
10. İlkin Məmmədov
Baş məşqçi: Firuddin Mövsümov

“Qusar”
1. Vəli Qafarov
15. Firudin Ağalarov (k)
37. Faik Ağakərimov
10. Osman Osmanov
27. Əlibəy Məmmədli
77. Mirmehdi Rzayev
8. Əsgər Hümbətov
66. Şaiq Vəlizadə
40. Rüstəm Rüstəmov
3. Murad Hüseynov
16. Denis İsmixanov
(19. Orxan Əlixanov, 46)
Ehtiyat oyunçular:
17. Elnur Dəmirli
5. Zakir Haşımov
Baş məşqçi: Ramil Həsənov

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...