
II Liqanın 20-ci turunda mərkəzi oyun Şamaxıda keçirilib.
Rəqiblərini burada qəbul edən "Şahdağ Qusar" bu dəfə "Haypers"lə qarşılaşıb.
Kənar bölgədə baş tutan şimal derbisi qusarlıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Həlledici qol 95-ci dəqiqədə vurulub. Vüsal Hüseynov cərimə zərbəsindən havalandırılan topu başla tora qovuşdurub.
Bunadək oyun bərabər səviyyədə keçib. Xüsusən də birinci hissə.
Matça sürətli başlayan tərəf «Hypers» olub. Cavid İmamverdiyev, Ruslan Qurbanov və Hüseyn Novruzov əlverişli zərbə mövqeyinə çıxsa da, Rafiq Kərimovun qoruduğu qapıya yol tapa bilməyiblər.
Həmçinin İbrahim İbrahimlinin endirdiyi zərbənin tirdən dönməsini qeyd edək.
Ümumiyyətlə, Quba komandasının məğlubiyyətə layiq olmadığını söyləməkdə yarar var.
Rəqibin cərimə meydançasına kimi hər şey onlarda yaxşı alırdı: mərkəzdə oyun qurur, qısa ötürmələrlə «Şahdağ»ın arxa zonasında boşluqlar tapırdılar.
Son nöqtəni qoymaq - bax, «Hypers»in başlıca problemi budur. İmamverdiyev gözəl qol vurdu, amma yaş və çəki öz sözünü deyir. Xeyli artıq kilosu var, üstəlik, az hərəkət edir.
«Şahdağ»a gəlincə, Elnur Abdullayevin çalışdırdığı kollektiv mövsümün ilk yarısında bundan inamlı təsir bağışlayır. Doğrudur, yenə qələbə qzanırlar, fəqət, bu, onlara əvvəlkitək asan başa gəlmir.
Şimal derbisində əldə olunan nəticə «Şahdağ»ı I Liqaya qaytardı. Artıq bəllidir - qusarlılar mövsümü ilk «üçlük»də bitirəcək.
SPORTİNFO.AZ
“Şahdağ” - “Hypers” 2:1
Qollar: Tural Qurbatov, 19; Vüsal Hüseynov, 90+5 // Cavid İmamverdiyev, 36
Şamaxı OİK stadionu. 200 tamaşaçı
Baş hakim: Elvin Bayramov
Baş hakimin köməkçiləri: Kərim Zeynalov, Aydın Baxşıyev
Dördüncü hakim: Rəsul Babayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Sarı vərəqələr: Ağabəkir Həşimli, 45 (qeyri-idman hərəkəti); Qeyrət Əliyev, 78 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 5 dəq.
“Şahdağ Qusar”: 12. Rafiq Kərimov 14. Rahid Əmirquliyev (k) 88. Mehdi Rəsulov (10. Mehman Məsimov, 64) 11. Tural Qurbatov 19. İlyas Səfərzadə 6. Vüsal Hüseynov 17. Emin Quliyev (9. Famil Camalov, 82) 4. Rubin Seyidov 29. Elşən Veysov (71. Cavid Quliyev, 73) 86. Xəqani Sadıxov (70. Samir Qurbanov, 64) 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 1. Elmar Seyidov 99. Elmar Əzizov 15. Nodar Məmmədov 7. Salman Atluxanov 38. Mehdi Əliyev 55. Firuz Əhmədov
Baş məşqçi: Elnur Abdullayev
“Hypers Guba”: 98. Elxan Qasımov 55. Qeyrət Əliyev 10. Cavid İmamverdiyev (k) 11. Ruslan Qurbanov 14. İlqar Ələkbərov 7. Hüseyn Novruzov 71. Sənan Aslanov 88. Nicad İsmayılov 8. İbrahim Nağıyev 70. İbrahim İbrahimli (99. İlham Yarəliyev, 85) 9. Ağabəkir Həşimli (19. Mətləb Osmanov, 87)
Ehtiyat oyunçular: 35. Fərman Bayramov 5. Kamil Hüseynov
Baş məşqçi: Elvin Həsənov