
II Liqada 20-ci turun ən baxımlı oyunlarından biri «Neftçi»nin bazasında keçirilib.
Qusar üzünə həsrət qalan «Qusar» Bakıda «Lerik»i qəbul edib.
Oyun ilk dəqiqələrdən etibarən açıq mübarizəyə səhnə olub. Qonaqlar 15-17-ci dəqiqələr aralığında iki qol vurub.
Hər iki epizodda Zaur Nuruzadə topu mərkəzdən rəqibdən alaraq, komanda yoldaşlarını zərbə mövqeyinə çıxarıb. Penci Ağazadə və Rəvan Quluzadə bu imkanları dəyərləndirib.
Cənub təmsilçisi qol üstünlüyü əldə edən dən sonra «özündən gedib. Mərkəzi boşaldan və tamamilə arxaya çəkilən leriklilər taktiki dəyişiklikdən fayda görməyib.
Qusarlılar orta sahədə çoxluq yaradaraq, qonaqların qapısı önündə bir-birindən təhlükəli epizodlara girib. «Lerik»in qapıçısı Cavidan İzzətli fasiləyə qədər 5 dəfə nominal ev sahiblərinin fərqlənməsinə mane olub.
O, ikinci hissəyə yaxşı başlaya bilməвш. Ьirmehdi Rzayev 47-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.
Həmlələrini davam etdirən «Qusar»ın cəhdləri 84-cü dəqiqədə hesaba tarazlıq gətirib. Məhəmməd Xəlilov uzaqdan endirdiyi zərbəylə gözəl qola imza atıb.
Bu zaman tribunadan Kamran Əlibabayevin səsi eşidilib. «Qusar»ın de-fakto baş məşqçi futbolçularını yenə irəliyə səsləyib və bu, səmərə verib.
Əlibabayevin çığırıb-bağırmasından daha da ruhlanan şimallıları Firudin Ağalarov 90+2-ci dəqiqədə sevindirib. Kapitan qapıçıdan dönən topu 2 metrdən tora qovuşdurub.
SPORTİNFO.AZ
“Qusar“ – “Lerik” 3:2
Qollar: Mirmehdi Rzayev, 47; Məhəmməd Xəlilov, 84; Firudin Ağalarov, 90+2 // Penci Ağazadə, 15; Rəvan Quluzadə, 17
“Neftçi Futbol Mərkəzi” (IV meydança). 30 tamaşaçı
Baş hakim: Nazim Abdullayev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Sənan Atayev
Dördüncü hakim: Emin Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sarı vərəqə: Cavidan İzzətli, 72 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
“Qusar”: 22. İmran Məhərrəmov 15. Firudin Ağalarov (k) 14. Məhəmməd Xəlilov 37. Faik Ağakərimov 95. Eşqin Tağıyev (16. Denis İsmixanov, 46) 10. Osman Osmanov 27. Əlibəy Məmmədli 77. Mirmehdi Rzayev 8. Əsgər Hümbətov (7. Nicat Muxtarov, 58) (66. Şaiq Vəlizadə, 62) 40. Rüstəm Rüstəmov 3. Murad Hüseynov
Ehtiyat oyunçular: 1. Vəli Qafarov 21. Orxan Qurbanlı 88. Turan Babayev 17. Elnur Dəmirli 5. Zakir Haşımov
Baş məşqçi: Ramil Həsənov
“Lerik”: 1. Cavidan İzzətli 42. Valid Yusubzadə (k) 11. Ruslan Tağızadə 25. Mehman İbadov 90. Zaur Nuruzadə 20. Elvin Cahangirli (23. Cavid Məmmədov, 78) 7. Penci Ağazadə 10. Rəvan Quluzadə 8. Zeynal Axundzadə 16. Rəşad Zeynallı 9. Ramiz Bağırov (14. Murad Əliyev, 65)
Ehtiyat oyunçular: 5. Kənan Sadıxov 2. Yusif Baxşıyev 24. Hüseyn Əkbərli
Baş məşqçi: Vidadi Hüseynov