
II Liqada "Ayın qolu" layihəsi çərçivəsində "Lerik"in futbolçusu Rəvan Quluzadə mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 21-ci turun "Lerik" – "Dinamo" oyunundan əvvəl verilib.
Mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.