Ayda 6000 manat qazanan hücumçudan beş qol - VİDEO

15 Aprel 23:40 II Divizion 239
Ayda 6000 manat qazanan hücumçudan beş qol - VİDEO

«Şəfa» yeni ildən sonra II Liqada qələbələrini sıralamaqdadır.

20-ci turda «Şəki»ni qəbul edən payaxt təmsilçisi zəif rəqibini «qol yağışı»nda «boğub».

Maraqlıdır ki, ev sahibləri 41-ci dəqiqəyə qədər rəqib qapısına yol tapa bilməyib. Daha doğrusu, «Şəfa» start fitindən etibarən «Şəki»nin qapısı ağzında «yatsa» da, çoxsaylı fürsətlərin heç birini dəyərləndirə bilmyib.

Gah Elnar Şabanov «çərçivə»də sayıq tərpənib, gah da boş toru silkələyən tapılmayıb.

Darmadağının əsasını Amil Yunanov qoyub.

6000 manat əməkhaqqı qarşılığında II Liqada oynamağa razılaşan «Sumqayıt»ın sabiq hücumçusu fasilədən sonra daha 4 dəfə fərqlənib. Digər qolu isə Elvin Nəsibov vurub.

«Şəfa» bu oyunda 6:0 deyil, 16:0 qalib gələ bilərdi. Qaçırdıqları qol epizodlarının sayı o qədər çox idi ki… Bir deyil, 5-10 matçı udmağa bəs edəcək sayda çox yəni.

«Şəki» rəqibə demək olar müqavimət göstərmədi. Qonaqlar, sadəcə, meydanda gəzişir, kortəbii şəkildə müdafiə olunurdu.

Bu da elə-belə. «Şəfa»nın hər hücumu zamanı onların arxa xətti dağım-dağım dağılırdı. Boşluq tapmağa gərək qalmırdı, top iki-üç ötürmədən sonra «Şəki»nin cərimə meydançası daxilində ora-bura dolaşırdı.

SPORTİNFO.AZ

“Şəfa” – “Şəki Siti” 6:0
Qollar:
Amil Yunanov, 41, 51, 56, 80, 84; Elvin Nəsibov, 83
Bakı. “ASK Arena”. 80 tamaşaçı Baş hakim: Alik Yunusov
Baş hakimin köməkçiləri: Nurlan Əhmədzadə, Hüseyn Əsgərov Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqə: Emin Zamanov, 73 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur.
“Şəfa”: 1. Vaqif Şirinbəyov 21. Novruz Məmmədov (k) 88. Aqşin Paşayev (23. Comərd Baxşəliyev, 75) 9. Amil Yunanov 32. Elməddin Hüseynzadə (7. Elvin Nəsibov, 62) 77. İbrahim Aslanlı (3. Bəxtiyar Soltanov, 46) 42. Elnur Cəfərov 10. Emin Zamanov 19. Əsgər Hüseynov (20. Rauf Məhərrəmov, 62) 80. Zahid Mərdanov 4. Samir Ağayev (33. Tərlan Quliyev, 46)

Ehtiyat oyunçular: 13. Əli Həsənli 12. Rafiq Həsənov 22. Tural Nərimanov 6. Ceyhun Cavadov 28. Ülvi Quliyev 27. Gülalı Mehrəliyev 97. Cavad Bağırov
Baş məşqçi: Elgiz Kərəmli

“Sheki City”: 1. Elnar Şabanov 5. Ramin İsmayılov 20. Orxan Kərimov (77. Asim Quliyev, 57) 14. Elçin Ramazanov (k) (66. Yunis Həsənli, 73) 55. Nəriman İmayətov 11. Revazi Otaraşvili (10. İlkin Məmmədov, 83) 44. Osman Soltanov 3. Coşqun Canımov (21. Yusif Qafurov, 73) 7. Əli Tağızadə 17. Xalıq Şabanov 8. Yusif Yusifzadə (99. Elgün Hacıbabayev, 83)
Ehtiyat oyunçular:
Baş məşqçi:
Firuddin Mövsümov

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...